"Qarabağ" klubunun UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bazel" İsveçrə çempionatında növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda 10-cu turda səfərdə "Sion"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra "Bazel" liderliyini davam etdirir.

Qeyd edək ki, “Qarabağ”la “Bazel” arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq.