Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Fikrimcə, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Azərbaycanla matçda gözlədiyimizi, istədiyimizi etdik. İlk hissənin sonlarındakı səhv üzündən buraxdığımız qola baxmayaraq, komandam sakitliyini qorudu. Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularlmız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı”.