PSJ klubunun ulduz futbolçusu Neymar Braziliya yığmasındakı karyerasını 2022-ci il dünya çempionatından sonra başa vurmaq istəyir.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı "sambaçı" DÇ-2022-nin yığma karyerasında sonuncu mundial olacağını etiraf edib.
O, futbola davam etməyə güc və ruhunun çatacağını bilmədiyini bildirib.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.