Moldova çempionatının növbəti turu çərçivəsində "Şerif" "Milsami" klubu ilə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə son çempionun xeyirinə başa çatıb. Matçın ən yadda qalan hadisəsi isə ikinci hissədə baş verib. "Milsami"nin futbolçusu Iqor Lambarski rəqibin heyətində çıxış edən Emond Addonun ayağına zərbə endirib. Afrikalı futbolçu ayağa qalxaraq rəqibin üzünə zərbə vurub. Bundan sonra komandalar arasında kütləvi dava baş verib. Futbolçuları ayırmaq üçün "Şerif"İn baş məşqçisi Yuri Vernidub da meydana daxil olub. 

Yekunda hakim Addonu meydandan qovub, Lambarskiyə isə yalnız şifahi xəbərdarlıq edib. 

Qeyd edək ki, ötən həftə ÇL-in qrup mərhələsi çərçivəsində "Real Madrid"i "Santyaqo Bernabeuda məğlub edib (2:1).