Kipr Superliqasında 5-ci turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin forma geyindiyi "Etnikos" doğma meydanda "Aris"i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Abdullayev matça start heyətində başlasa da, artıq 28-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, 5 turdan sonra aktivində yalnız 1 xal olan "Etnikos" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.