Millimizin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Polşa “Legiya”sı baş məşqçisi Çeslav Mixneviçlə bağlı qərar verilib.
Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi təcrübəli mütəxəssisi komandanın "sükanı arxasında" saxlayacaq.
Artıq Mixneviçin nümayəndəsi Mariuş Piekarski ilə görüşdüyünü, yeni müqavilə məsələsini müzakirə edildiyi bildirilib.
Qeyd edək ki, ötən ilin yayından “Legiya”nı çalışdıran Çeslav Mixneviçin müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.