SOCAR Energy Georgia şirkəti Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksi tikib.

Offsideplus.az APSNY agentliyinə istinadən xəbər verir ki, idman kompleksində basketbol, mini-futbol, həndbol, voleybol və güləş kimi növlərlə məğul olmaq mümkündür.

Məlumata əsasən, kompleks şirkətə 3 milyon lariyə (1 milyon dollar) başa gəlib.

Kompleksdə azarkeşlər üçün tribunalar, soyunub-geyinmə otaqları, duş kabinləri və inventarlar üçün otaqlar mövcuddur. Həmçinin, SOCAR kompleksin yaxınlığındakı stadionu da tam təmir edib.

Qeyd edək ki, açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR Energy Georgia-nın baş direktoru Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.