Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti görüşünə çıxıb.
Komanda "evdə" “Vegberq Beek” ilə qarşılaşıb. Dadaşovun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Azərbaycanlı forvard da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Rüfət komandasının 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, “Şalke II” hazırda 7 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.