Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin ikinci komandası bu gün növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda Almaniya Qərb Regional Liqasının 3-cü turunda "evdə" Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Rüfət Dadaşov vurub.

Xatırladaq ki, Dadaşov "Şalke"yə ABŞ-ın "Finiks Rayzinq" klubundan keçib.