Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanan Azərbaycan boksçusu Alfonso Dominges açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ən azı bürünc medalı təmin edən idmançı bunun üçün sevincli olduğunu bildirib:
"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm. Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm. 

Görüşün gedişində hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim, çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".

Növbəti oyunu barədə danışan təmsilçimiz məqsədinin qızıl medal qazanmaq olduğunu vurğulayıb:
"Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Alfonso növbəti görüşündə kubalı Arlen Lopeslə qarşılaşacaq