Almaniya ikinci bundesliqasında 2021/22 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də yeni mövsümdə ilk oyununa çıxıb.

Komanda səfərdə “Nürnberq”lə qarşılaşıb. Qarşılaşma qolsuz bitib.

Dmirti Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq yarımmüdafiəçisi 45+1-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.