İngiltərənin "Liverpul" klubunun futbolçusu Marko Qruyiç karyerasını Portuqaliyada davam etdirəcək.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Portu"ya transfer olunub. Klub bu keçid üçün "qırmızılar"a 12 milyon avro ödəyib. 

Serbiyalı yarımmüdafiəçi keçən mövsümü icarə əsasında "Portu"da keçirib.