Milli komandamızın üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Polşa) komandası yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, sözügedən kollektiv “Skra” (Polşa) ilə qarşılaşıb. Oyun “Visla”nın 3:0 hesablı qələbəsiylə başa çatıb.

Krivotsyuk da bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan müdafiəçi 62-ci dəqiqədə əvəzlənib.