“Liverpul” klubu futbolçusu Liam Milları satıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını İsveçrənin “Bazel” klubunda davam etdirəcək.
Millar İsveçrə təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Qeyd edək ki, “Bazel” yarımmüdafiəçi üçün "qırmızılar"a 1,5 milyon avro ödəyib.