Amerika Kubokunun 1/4 final mərhələsində Argentina millisi Ekvadorla qarşılaşıb.

 Offsideplus.az xəbər verir ki, argentinalılar rəqib üzərində 3:0 hesablı qələbə qazanıb. Rodriqo De Paul, Lautaro Martinesin fərqləndiyi matçda son nöqtəni möhtəşəm cərimə zərbəsi ilə Leo Messi qoyub. 

Bu qalibiyyətlə yarımfinala yüksələn Argentina, bu mərhələdə Kolumbiya millisi ilə üzləşəcək.

Oyunun icmalını təqdim edirik:

Argentina - Ekvador 3:0 (Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Leo Messi, 90+3.)