Toni Kross Almaniya millisindəki gələcəyi ilə bağlı qərar qəbul edib. 

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "instagram"da etdiyi paylaşımda yığma karyerasını başa vurduğunu bildirib. O, Avro-2020-dən sonra bir daha ölkənin bir nömrəli komandasının formasını geyinməyəcəyi haqda qərarı öncədən qəbul etdiyini yazaraq, bundan sonra əsas diqqətini "Real"a yönəltmək istəyini vurğulayıb.

Qeyd edək ki, Kross 2010-cu formasını geyindiyi Almaniya seçməsində 106 oyun keçirib.