Gürcüstan çempionatında 19-cu turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların formasını geyindiyi komandaların dueli ilə yadda qalıb.
Vüqar Bəybalayevin komandası “Telavi” doğma meydanda İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1.
Vüqar Bəybalayev bu görüşün iştirakçısı olmayıb. İbrahim Qədirzadə isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, 19 turdan sonra 15 xalı olan “Telavi” 10 komanda arasında 9-cudur. “Samtrediya” isə 10 xalla sonuncu pillədə qərarlaşıb.