“Şaxtyor” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisi İtaliyanın “Sassuolo” klubundan Marlonu transfer edib.  25 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə Braziliyanın “Fluminense” klubundan beş milyon avroya “Barselona”ya keçən Marlon 2018-ci ildə "Sassuolo”ya transfer edilib.