Gürcüstan çempionatında 18-ci turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Şukura” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Azərbaycanlı yarımmüdafiəçi də bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçunun adı bu görüşün iştirak ərizəsində də yer almayıb.
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 18 oyunda cəmi 11 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.