Milli komandamızın futbolçusu Anton Krivotsyukun yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Neftçi" ilə müqaviləsi başa çatan oyunçu Polşanı "Visla" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

O, yeni klubunda 5 nömrəli formanı geyinəcək.