Gürcüstan çempionatının 17-ci turunda "Telavi" "Dila Qori" ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” rəqiblə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Meydana start heyətdə çıxan Vüqar 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 17 oyunda cəmi 9 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.