Gürcüstan çempionatında 17-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Komanda doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
21 yaşlı müdafiəçi də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 77-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 17 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.