Xviça Kvaratsxeliya Gürcüstan millisinin yoldaşlıq görüşlərinə çağrılmayıb.
Səbəbi hər nə qədər qəribə görünsə də, olduqca maraqlıdır.
Offsideplus.az Goal.ge saytına istinadla xəbər verir ki, buna səbəb xoş gələcək vəd edən futbolçunun yaxın günlərdə Avropa klublarındən birinə transfer olunacağıdır. Belə ki, hazırda "Rubin"lə adı açıqlanmayan həmin klub arasında danışıqların son mərhələsi gedir. Yaxın günlərdə Xviçanın yeni iş yerini müəyyənləşəcək. Bu səbəbdən millinin məşqçiləri və futbolçunun özü risk etmək istəməyib.
Qeyd edək ki, Gürcüstan yığması yoldaşlıq görüşü çərçivəsində iyunun 2-də Rumıniya, 4 gün sonra Niderlandla qarşılışacaq.