“Neftçi” klubunun yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu iyunun 5-i Toqo, 8-i Kosovo, 11-i isə Niger yığmaları ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyunlarına çağırılıb.

Qeyd edək ki, Kane Qvineya milli komandasında 2 oyun keçirib, 1 qol vurub.