Futbol üzrə Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, həlledici matçda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb. 

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə Viktor Tsiqankovun qolu ilə hesabı açan “Dinamo” 1:0 hesablı qələbə qzanaraq Ukrayna kubokunun sahibi olub.