Boliviyada "Stronqest" və "Royal Pari" komandaları arasında baş tutan oyunda maraqlı olay baş verib.
Offsideplus.az xəbər verir ki, "Stronqest"in qonağı olan "Royal Pari" koronavirusa yoluxma səbəbindən meydana 7 futbolçu ilə çıxıb. Meydan sahibləri ilk 8 dəqiqədə 3 qola imza atıb, 9-cu dəqiqədə isə rəqib futbolçu Kevin Conas zədələnərək meydanı tərk edib. 6 nəfərlə oynamaq istəməyən "Royal Pari"nin matçı təxirə salmaq istəyi qəbul edilməyib və komadaya texniki məğlubiyyət verilib.
Həmin görüntüləri təqdim edirik: