Madrid "Real"ının və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı qolkiper aprelin 28-i gecə saatlarında ürəyində kəskin ağrılarla və sürətli döyüntü ilə bağlı həkimə müraciət edib. Müayinədən sonra Kasilyasda infarkt riskinin olmadığı aşkarlanıb.

O, bunun ardınca xəstəxanadan evə buraxılıb.