Uels Futbol Assosiasiyası (WFF) millinin baş məşqçisi Rayan Giqqzin Avro-2020-nin oyunları zamanı komandanın yanında olmayacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırıldığı üçün bu qərar qəbul olunub.
Onu Avro-2020-də Robert Peyc əvəzləyəcək.
Qeyd edək ki, Uels seçməsi Avro-2020-də A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.