Avropa Super Liqasının təsdiqlənməsindən sonra Avropa Klublar Assosiasiyasında (ECA) canlanma müşahidə olunmaqdadır.

Offsideplus.az xəbər verir ki, ECA üzvləri rəhbər qismində yeni liqaya qoşulmaqla bağlı qərarını verməyən PSJ-nin prezidenti Nasser Əl-Xelaifini görmək istəyib. Lakin ərəb milyarder bundan imtina edib. 

Qeyd edək ki, PSJ-nin prezidentinin imtinasından sonra ECA-nın rəhbər postuna əsas namizəd "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Heynz Rummenigge göstərilir.