Avropanın 12 nəhəng klubu ötən gecə Avropa Super Liqasının qurulduğunu açıqladı.
Offsideplus.az xəbər verir ki, bu qərardan sonra Türkiyə millisinin bir neçə futbolçusu təhlükə ilə üzləşə bilər. Belə ki, FIFA yeni liqada çıxış edən klubların futbolçularının milli komandalarda oynamasına icazə verilməyəcəyinin mümkünlüyünü açıqlayıb.
Bu səbəbdən, Avropa Super Liqası gerçəkləşərsə, "Yuventus"dan Merih Demiral, "Liverpul"dan Ozan Kabak və "Milan"dan Hakan Çalhanoğlu AVRO-2020-də Türkiyə millisindən uzaqlaşdırıla bilər.