Almaniya təmsilçiləri - "Bavariya", "Borussiya" (Dortmund) və "Leypziq"in Avropa Super Liqası ilə bağlı mövqeyi məlum olub.
Offsideplus.az xəbər verir ki, adıçəkilən klublar və rəsmiləri ayrı-ayrılıqda yeni yaranmış liqaya üzv olmaq istəmədiklərini bildiriblər. Onlar UEFA-nın tərkibində qalmaq istədiklərini, sadəcə, şərtlərdə müəyyən dəyişikliklərin zəruri olduğunu qeyd ediblər.
Qeyd edək ki, Avropa Super Liqasına əsasən İngiltərə, İtaliya və İspaniya klubları üzv olmaları ilə fərqlənir.