UEFA 12 nəhəng klubun Avropa Super Liqasına qatılacaqlarını rəsmi elan edəcəkləri ilə bağlı məlumatlar barədə bəyanat yayıb.
Offsideplus.az həmin bəyanatı sizə təqdim edir:
"Bir neçə İngilis, İspan və İtalyan klublarının qapalı qondarma Superliqanın yaradılacağını elan etməyi planlaşdırdıqlarını öyrəndik. Bu baş verərsə, təkrarlamaq istəyirik ki, biz- bütün qitələrin futbol qurumları və üzv olan assosasiylalar bu qəribə layihənin qarşısını almaq üçün səylərimizi birləşdirəcəyik. Cəmiyyətin həmrəyliyə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bir neçə klubun şəxsi maraqlarına əsaslanan bir layihə təşkil edir.Bunun baş verməməsi üçün bütün səviyyələrdə - həm məhkəmə, həm də idmanda əlimizdən gələni edəcəyik. Ədalətli rəqabət və idman dəyərləri futbolun mərkəzindədir və başqa bir yol ola da bilməz. UEFA və digər altı federasiya tərəfindən əvvəlcədən bildirildiyi kimi, bu məsələ ilə əlaqədar klubların milli, Avropa və ya qlobal səviyyədə digər yarışlarda iştirakı qadağan ediləcək. Başqa ölkələrdəki klublara, xüsusilə də qatılmaqdan imtina edən Fransa və Almaniya klublarına təşəkkür edirik".
Qurum həmçinin bu məsələnin reallaşacağı təqdirdə 60 milyard avro məbləğində təzminat davası açacağını açıqlayıb.
Qeyd edək ki, sözügedən klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.