Yunanıstan Super Liqasında 2020/21 mövsümünün qalibi artıq müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 29-cu turda "Panatinaikos"u qəbul edən "Olimpiakos" qələbəyə sevinib. 3:1 hesabı ilə qalib gələn komanda turnir cədvəlində xallarını 76-ya yüksəldib. 

Beləliklə, "Olimpiakos" mövsümün bitməsinə 7 tur qalmış 46-cı çempionluğunu təmin edib. "Aris" 54 xalla ikinci, PAOK isə 51 xalla üçüncüdür.