Serbiya millisi və "Fulhem"in futbolçusu Aleksandr Mitroviç yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunda (2:2) qol vuran Mitroviç millidə 39-cu dəfə fərqlənib. Bununla da, 26 yaşlı hücumçu milli tarixində ən çox qol vuran Stepan Bobeki (38 qol) geridə qoyub.
Qeyd edək ki, Azərbaycan yığma komandası martın 30-da Bakıda Serbiya millisini qəbul edəcək.