"Səbail" klubundan ayrılan futbolçu Vüqar Bəybalayevin yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, o, Gürcüstanın yüksək liqa təmsilçisi "Telavi" ilə bu ilin sonuna qədər müqavilə imzalayıb.
Bu barədə V.Bəybalayev açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, Gürcüstan klubuna böyük şərtlər irəli sürməyib:
"Burada ab-hava yaxşıdır. Düzünü desəm, müqavilə işlərini menecerim Erkin İbrahimov öz üzərinə götürdü, bu işdə onun əməyi böyükdür. Kluba gəlincə yaxşı klubudur, Konfrans Liqası üçün mübarizə aparır. Standartlara cavab verən bazası var".(qol.az)