Malta və Rusiya milliləri arasındakı DÇ-2022-nin seçmə mərhələsində keçirilməli olan matç təxirə salınmayacaq.

Offsideplus.az xəbər verir ki, oyunun planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.

Qeyd edək ki, Malta - Rusiya qarşılaşması martın 24-də baş tutacaq.