Futbolçu kimi öz dönəminin ən yaxşılarından biri, məşqçi kimi "Bakı" və "Neftçi"ylə çempionluq sevinci yaşamış, Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanmış komandanın baş məşqçisi Böyükağa Hacıyev...

2018-ci ilin martın 16-da amansız xəstəlik "İmperator"u haqq dünyasına qovuşdurdu. Yaşasaydı, səs-küylü açıqlamaları ilə diqqətləri özünə çəkəcək, dadlı-duzlu zarafatları ilə ətrafındakıların üzünü güldürəcək, ən əsası, Qurban Qurbanovla maraqlı məşqçi duellərini izləyəcəkdik.

Allah rəhmət eləsin, sözün hər mənasında BÖYÜK!