Yoahim Löv Almaniya millisindən ayrılmaq qərarı verib.
Offsideplus.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2020-dən sonra yığma komandada baş məşqçilik postunu tərk edəcək. Belə ki, 61 yaşlı çalışdırıcı 2022-ci il dünya çempionatınadək olan müqaviləsinə xitam verilməsini xahiş edib. DFB isə bu müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, Löv 2006-cı ildən bəri Almaniya millisinə rəhbərlik edir.