"Barselona"nın canlı əfsanələrindən biri Xavi Hernandez məşqçi kimi ilk ciddi uğurunu qazanıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Əl Sədd"lə Qətər çempionu olub. Xavinin çalışdırdığı kollektiv çempionatın başa çatmasına 4 tur qalmış çempionluğu təmin edib. Buna qədər Qətər kubokunu, Superkubokunu və "Əmir" kubokunu başı üzərinə qaldıran gənc mütəxəssis üçün ölkə çempionluğu ən dəyərli titul kimi yadda qalıb.
Qeyd edək ki, ömrünən 18 ilini "Barselona"ya həsr edən milyonların sevimlisi 2015-19-cu illər aralığında "Əl Sədd"də top qovub, 2019-cu ildən bu yana komandanın baş məşqçisidir.