XXI əsrdə yerli liqada ən çox çempion olan komandaların adları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) siyahı tərtib edib. Araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib.
İlk pillədə 18 dəfə Moldova çempionu olan "Şerif" qərarlaşıb. Cəbəllütariqin "Linkoln Red", Hondurasın "Olimpiya" və Nikaraquanın "Real Esteli" klubu 17 dəfə ölkə çempionu adını qazanıb.
İlk "5-liy"i 16 qızıl medalla Yunanıstan "Olimpiakos"u qapayır. "Top-5" liqalarda yalnız Almaniya "Bavariya"sı "15-liy"ə düşüb. Münhen təmsilçisi XXI əsrdə 14 dəfə Bundesliqanı qazanıb və bu göstəriciyə görə 9-13-cü yerləri bölüşdürür.
Qeyd edək ki, "Qarabağ" XXI əsrdə cəmi 7 dəfə qızıl medal qazanıb.