Kipr yığma komandasının yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az yerli fedeasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milliyə Nikos Kostenoqlu rəhbərlik edəcək. 51 yaşlı mütəxəssislə 24 saat ərzində rəsmi müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə ötən gün istefaya göndərilmiş Yohan Valemi əvəzləyib.

Xatırladaq ki, Kipr seçməsi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə Azərbaycanla eyni qrupda yer alıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin başçılıq etdiyi kollektiv ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.