Braziliyalı futbolçu Aleşandre Patonun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu ABŞ-ın “Orlando Siti” klubundan çıxış edəcək. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni komandası ilə bir illik müqavilə imzalayan Pato “7” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son olaraq “San Paulo”da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyırdı. Braziliya millisinin sabiq üzvü “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya) kimi klubların şərəfini qoruyub.