Portuqaliyanın "Alverka" komandasının futbolçusu Aleks Apolinario dünyasını dəyişib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu gün xəstəxanada ürəktutmasından keçinib.
Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də III liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.