"Barselona"nın 33 yaşlı argentinalı kapitanı Lionel Messi"Atletiko"nun uruqvaylı hücumçusu Luis Suares karyeralarını yenidən eyni klubda davam etdirə bilərlər.

Offsideplus.az xəbər verir ki, hər iki oyunçu "Mançester Yunayted"in və "Real"ın sabiq futbolçusu Devid Bekhemə məxsus, MLS-də çıxış edən "İnter Mayami" klubunda yenidən bir araya gələ bilərlər. Ancaq bu, 2022-ci ildən tez olmayacaq.

Xatırladaq ki, hər iki oyunçu 2014-cü ildən 2020-ci ilə qədər eyni vaxtd "Barselona"da çıxış edib. Messi son müsahibəsində MLS-də oynamaq arzusunun olduğunu açıqlamışdı.