Son günlərdə transfer xəbərləri ilə gündəmdə olan Balotellinin klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, Mario Balotelli İtaliya B Seriyası klubu "Monza" ilə razılığa gəlib. Kluba azad agent kimi keçən 30 yaşlı futbolçu ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda İtaliya B Seriyasında çıxış edən "Breşiya" Balotellinin son klubu olub.