Dünya Antidopinq Agentliyində (WADA) ciddi islahatlar qaçılmazdır.

Buna səbəb 14 ölkənin Milli Antidopinq Komitələrinin WADA-nı dəyişikliklərə səsləməsidir. 

Offsideplus.az qurumun rəsmi saytıan istinadla xəbər verir ki, bu gün WADA-nın İcraiyyə Komitəsi və Milli Antidopinq Komitələrinin rəsmiləri videokonfrans formatında bir araya gələcək. Ayrı-ayrı komitələr indiyə qədər bir neçə dəfə dəyişikliklərin zəruriliyi haqda WADA-ya müraciət etsə də, ali orqandan cavab çıxmırdı. Komitələr insan hüquqlarının gücləndirilmməsini, ekəcə də antidopinq sistemindəki maraqların toqquşmasının qarşısının vaxtında alınmasını istəyir. 

Müraciətət 14 ölkənin komitə üzvləri imzalarını atsalar da, onlarln arasında Azərbaycan yoxdur.