Ukraynanın “Aleksandriya” klubunda oktyabrın ən yaxşı futbolçusu Pavel Paşayev seçilib.

Offsideplus.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsində Paşayev oktyabrın ən yaxşı futbolçusu olub. 32 yaşlı müdafiəçi oktyabrda 4 oyuna çıxıb.
2017-ci ildən “Aleksandriya”da forma geyinən Paşayev, Azərbaycan milli komandasında da 13 oyun keçirib.