"Şaxtyor" Çempionlar Liqasının cari mövsümündə "Real"ı udub, "İnter"lə bərabərə qalıb.
Ukrayna nəhənginin avruokuboklarda uğurlu çıxışında braziliyalıların pay sahibi olduğunu deməliyik. Yaxşı mənada fərqlənənlərdən biri də Tetedir.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi DAZN-a müsahibəsində gələcəkdə şərəfini qorumaq istədiyi top-komandaların adını çəkib:"Hər zaman böyük addımlar atmaq istəmişəm. Uşaq yaşlarında hamının sevdiyi və nə vaxtsa şərəfini qorumaq istədiyi komanda olur. O cümlədən məndə. Ən böyük arzum "Liverpul", "Mançester Yunayted" və "Barselona"da oynamaq olub. Lakin "Barsa"ya xüsusi simpatiyam var. Uşaqlıqdan bu komandanın matçlarını izləyirdim, arxasında "Messi" yazılan futbolkalar alırdım. Ona görə də Kataloniya klubuna simpatiyami gizlətmirəm".
Qeyd edək ki, 20 yaşlı futbolçu "Şaxtyor"a 2019-cu ilin əvvəlində "Qremio"dan keçib. Denetsk təmsilçisinin şərəfini qoruduğu 2 ilə yaxın müddətdə 57 oyunda 14 dəfə fərqlənib,11 məhsuldar ötürmə verib.Ötən ay "Real" üzərindəki 3:2 hesablı qələbədə qollardan birinə imza atmışdı.