Argentinalı əfsanə Maradona həmyerlisi və portuqaliyalı ulduzun hər ikisinin dünyanın gəlmiş-getmiş ən yaxşı futbolçular olduğunu deyib.

Offsideplus.az xəbər verir ki, Dieqo Maradona, Lionel MessiKriştiano Ronaldonun digər futbolçulardan qat-qat üstün olduğunu bildirib. 59 yaşlı futbol ikonu onu da qeyd edib ki, heç kim onların etdiklərinin bir addımlığına da yaxınlaşa bilməz.

"Messi və Kriştiano, Kirştiano və Messi. Mənim üçün bu ikisi qalan hər kəsdən üstündür. Onların nəticəsinə yaxınlaşan birini görmürəm. Heç bir insan onların gördüyü işlərin yarısına belə nail ola bilməz", - deyə Maradona açıqlayıb.