Məşhur italiyalı mütəxəssis Fabio Kapello məşqçilik karyerasını bitirməyə qərar verib. Offsideplus.az xəbər verir ki, bu ilin martında Çinin “Szyansu Sunin” klubu ilə əməkdaşlığı başa vuran 71 yaşlı çalışdırıcı təqaüdə yollanmağa üstünlük verib.
O bildirib ki, milliyə rəhbərlik etmək niyyətində deyil: “Artıq demişəm ki, İtaliya yığmasının baş məşqçisi olmayacam. Klub və yığmalardakı fəaliyyətimdə böyük təcrübə qazanmışam. Lakin “Szyansu Sunin” mənim son komandamdı. Bundan sonra televiziyada şərhçilik edəcəm”.
Qeyd edək ki, baş məşqçi kimi 1993/94 mövsümündə “Milan”la Çempionlar Liqasının qalibi olan Kapello 7 dəfə İtaliya (“Milan”la 4, “Yuventus”la 2, “Roma”yla 1 dəfə), 2 dəfə İspaniya çempionu (hər ikisi “Real”la) olub.